Qırğızıstan məhkəməsi qızıl çıxaran Kanada şirkətini 3,09 milyard dollar cərimələyib
Qırğızıstan məhkəməsi ekoloji normaları pozduğuna görə Mərkəzi Asiyanın “Kumtor” qızıl yatağında hasilatla məşğul olan “Kumtor Gold Company” şirkətini 267 milyard som (3,09 milyard dollar) həcmində cərimələyib.
YeniAvropa yerli mətbuata istinadla xəbər verir ki, bu barədə Qırğızıstan Ali məhkəməsinin mətbuat xidməti məlumat yayıb. Məlumata əsasən, məhkəmə kompaniyanın istehsalat tullantılarını Davıdov və Lısıy buzlaqlarında saxlamasını qanunsuz sayıb.
Ölkə qanunvericiliyinə əsasən, “Kumtor Gold Company” kompaniyası məhkəmənin qərarından 30 gün ərzində üst instansiyaya (Ali məhkəmə) apellyasiya şikayəti verə bilər. Qırğızıstan parlamenti isə mədən fəaliyyəti ilə məşğul olan və ekoloji tələbləri pozan kompaniyaları üç ay müddətinə xarici idarəetməyə verilməsinin mümkünlüyü barədə qərar qəbul edib.
Qeyd edək ki, ötən əsrin 90-cı illərindən etibarən “Kumtor” yatağında hasilatla məşğul olan Kanadanın “Kumtor Gold Company” kompaniyasında ümumilikdə 4 min nəfər çalışır. Respublikanın əsas verdiödəyicisinin səhmlərinin bir hissəsi (təxminən 534 milyon dollar) Qırğızıstan hökumətinə məxsusdur. Cərimələnməsi barədə xəbərlərdən sonra kompaniyaya məxsus səhmlərin qiyməti 30 faiz ucuzlaşıb. “Kumtor Gold Company” bu il həmin yataqdan 14,6-15,8 ton qızıl hasil etməyi planlaşdırırdı.