logo

Bu gündən “AstraZeneca” peyvəndinin tətbiqinə başlanılır

09:49 03-05-2021 | icon 3969
Bu gündən “AstraZeneca” peyvəndinin tətbiqinə başlanılır

Bu gündən Azərbaycanda ilkin olaraq yaşı 60 və daha çox olan şəxslər COVID-19 xəstəliyinə qarşı peyvəndlənmə zamanı İngiltərə-İsveç şirkəti tərəfindən hazırlanan “AstraZeneca” vaksinindən də istifadə edə biləcəklər.

 YeniAvropa xəbər verir ki, “AstraZeneca” peyvəndinin istifadəsi Bakı şəhəri və 6 şəhərdə - Lənkəran, Şəki, Gəncə, Mingəçevir, Abşeron və Sumqayıtda tətbiq olunacaq. Bu peyvəndin tətbiqi üçün tibb müəssisələrində xüsusi otaqlar ayrılacaq.

COVAX platforması çərçivəsində ölkəmizə gətirilən 84 000 doza “AstraZeneca” peyvəndi insanlar arasında seçim imkanlarını artırır və vətəndaşların müxtəlif peyvəndlərə əlçatanlığını təmin edir.

Qeyd edək ki, "AstraZeneca” İngiltərə-İsveç şirkəti tərəfindən hazırlanan vaksini Ümumdünya Səhiyyə Təşkilatı təsdiq edib.

Xatırladaq ki, Avropa Dərman Agentliyi İngiltərə-İsveç əczaçılıq şirkəti “AstraZeneca” koronavirus (COVİD-19) əleyhinə peyvəndinin adını “Vaxzevria” olaraq qeydə alıb.