Dünyada yeni növ koronavirusa (COVID-19) yoluxanların sayı son sutka ərzində 808 mindən çox artıb.
YeniAvropa Ümumdünya Səhiyyə Təşkilatına istinadla xəbər verir ki, ötən sutka ərzində 808 min 563 nəfər yeni koronavirusa yoluxub, 12 min 870 nəfər isə dünyasını dəyişib.
Yoluxanların ümumi sayı 153 milyon nəfəri ötüb, ölənlər isə 3 milyon 215 min 131 nəfərə çatıb.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.
Dünyada bu vaxtadək ən çox yoluxma halı ABŞ (33,1 milyon), Hindistan (19,5 milyon), Braziliya (14,6 milyon), Fransa (5,6 milyon) və Türkiyədə (4,8 milyon) qeydə alınıb. Siyahıdakı sonrakı yerləri Rusiya, Böyük Britaniya, İtaliya, İspaniya, Almaniya, Argentina və Kolumbiya bölüşür.