logo

İranda koronavirusdan ölənlərin sayı 72 min nəfəri ötüb

20:32 02-05-2021 | icon 3696
İranda koronavirusdan ölənlərin sayı 72 min nəfəri ötüb

Son 24 saat ərzində İranda koronavirusdan ölənlərin sayı 394 nəfərə çatıb.

 YeniAvropa xəbər verir ki, bu barədə İranın Səhiyyə Nazirliyindən bildirilib.

Qeyd edilib ki, bununla da İranda koronavirusdan ölənlərin sayı 72 484  nəfərə yüksəlib.

İranda ötən 24 saat ərzində 18698 nəfər koronavirusa yoluxub və yoluxanların ümumi sayı 2 534 855 nəfərə çatıb.

Qeyd edək ki, ölkədə Rusiyadan alınan “Sputnik-V” peyvəndi ilə əhalinin vaksinasiyası davam edir.