logo

Qırğızıstan-Tacikistan sərhədində yaralananların sayı artır

12:56 02-05-2021 | icon 3871
Qırğızıstan-Tacikistan sərhədində yaralananların sayı artır

Qırğızıstan-Tacikistan sərhədində Qırğızıstan tərəfdən yaralananların sayı 178 nəfərə çatıb, ölənlərin sayı 34-dür.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir ki, Tacikistandan isə 15 nəfər ölüb, 110 nəfər yaralanıb.

Münaqişə zonasındakı Leylek rayonunun müxtəlif kəndlərindən 33 min 388 adam təhlükəsiz ərazilərə köçürülüb.

Qırğızıstan səhiyyə nazirinin müavini Bişkekdə keçirdiyi mətbuat konfransında deyib ki, münaqişənin baş verdiyi Batken rayonuna 65 ton humanitar yardım göndərilib.