logo

Almaniya Əfqanıstandan qoşunlarını çıxarmağa başladı

19:49 30-04-2021 | icon 3920
Almaniya Əfqanıstandan qoşunlarını çıxarmağa başladı

Almaniya Əfqanıstandan şəxsi heyətini və hərbi texnikalarını çıxarmağa başlayıb.

YeniAvropa "TASS" agentliyinə istinadla istinadən verdiyi xəbərə görə, bu barədə bu gün Almaniya Müdafiə Nazirliyinin yaydığı bəyanatında bildirilib.

"Bizim tapşırığımız artıq başa çatıb. Bu gündən qoşunların çıxarılmasına başlanılır. Çoxməqsədli hərbi helikopterlərdən kranlara qədər hər şey Almaniyaya daşınır”, - deyə məlumatda bildirilib.

Almaniyanın Əfqanıstandakı hərbi kontingentinin əsasən hərbi təlimçilər olmaqla təxminən 1000 nəfərdən ibarət olduğu bildirilir. Qoşunların çıxarılmasının sentyabradək davam etməsi gözlənilir.