logo

Rusiya 4 ölkənin 7 diplomatını “persona non qrata” elan etdi

15:55 28-04-2021 | icon 3612
Rusiya 4 ölkənin 7 diplomatını “persona non qrata” elan etdi

Estoniya, Latviya və Litvanın səfirləri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıblar.

YeniAvropa  “RİA Novosti”yə istinadla xəbər verir ki, səfirlər rusiyalı diplomatların həmin ölkələrdən çıxarılmasına cavab olaraq XİN-ə dəvət olunub.

Qeyd edək ki, bir müddət əvvəkl Latviyanın xarici işlər naziri Edqar Rinkeviç Çexiya ilə həmrəylik əlaməti olaraq bir rus diplomatını ölkədən çıxardıqlarını bəyan edib. Estoniya və Litva da rus diplomatların ölkədən çıxarılacağını elan ediblər.

Rusiya Xarici İşlər Nazirliyinin yaydığı məlumatda bildirilib ki, Litva səfirliyinin iki, Slovakiyanın üç, habelə Latviya və Estoniyanın diplomatik nümayəndəliklərinin bir əməkdaşı həftə ərzində Rusiyanı tərk etməlidirlər.