Bu gün Gürcüstan parlamentinin iclasında təşkilati məsələyə baxılıb.
YeniAvropa yerli mətbuata istinadla xəbər verir ki, hakim “Gürcü arzusu-demokratik Gürcüstan” Partiyasının Siyasi Şurasının üzvü, deputat Kaxa Kuçava Gürcüstan parlamentinin yeni sədri seçilib.
Qanunverici orqanın plenar iclasında onun namizədliyini 86 deputat dəstəkləyib, 6 deputat isə əleyhinə səs verib.
Qeyd edək ki, parlamentin keçmiş sədri Arçil Talakvadze aprelin 24-də istefa verib.
K.Kuçava 2016-cı ildən parlamentdə təmsil olunur. O, ötən ilin dekabrında parlamentin vitse-spikeri vəzifəsini tutub.