logo

Dünyada koronavirusdan ölənlərin sayı 3 milyon 100 min nəfərə çatıb

09:49 26-04-2021 | icon 3892
Dünyada koronavirusdan ölənlərin sayı 3 milyon 100 min nəfərə çatıb

Dünyada koronavirusa yoluxanların sayı son sutka ərzində 830 mindən çox artıb.

YeniAvropa xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının gündəlik hesabatında deyilir.

Məlumata əsasən, ötən sutka ərzində 830 min 806 nəfər yeni koronavirusa yoluxub, 12 min 940 nəfər isə dünyasını dəyişib. Yoluxanların ümumi sayı 146 054 107, ölənlərin isə 3 092 410 nəfərə çatıb.

Təsdiqlənmiş yoluxma hadisələrinin əksəriyyəti ABŞ-da qeydə alınıb - 31 656 636 nəfər. Siyahıda daha sonra Hindistan (16 960 172), Braziliya (14 237 078), Fransa (5 390 187), Rusiya (4 762 569), Böyük Britaniya (4 403 174), İtaliya (3 949 517), İspaniya (3 456 886), Almaniya (3 287 418), Argentina (2 824 652) və Polşa (2 758 856) gəlir.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının hesabatı yalnız rəsmi göstəricilər əsasında hazırlanır.