logo

Nikol Paşinyan istefa verdi

10:44 25-04-2021 | icon 3584
Nikol Paşinyan istefa verdi

Ermənistanın baş naziri Nikol Paşinyan bu gün xalqa müraciətində istefa verdiyini bəyan edib. 

YeniAvropa  "yerevan.today"ə  istinadla xəbər verir ki,baş nazir bunu qarşıdakı növbədənkənar parlament seçkiləri ilə əlaqələndirib.

"Ölkə Konstitusiyasının tələblərinə uyğun olaraq və Milli Məclisin buraxılması səbəbindən bu gün istefa verirəm",-deyə baş nazir müraciətində qeyd edib. 

Paşinyanın sözlərinə görə, istefa verməsinə baxmayaraq ,o, baş nazirin səlahiyyətlərini icra etməkdə davam etdirəcək.

O, həmçinin bəyan edib ki, parlament seçkilərində Ermənistanın baş naziri postuna öz namizədliyini təkrar irəli sürəcək. 

Mövcud Konstitusiyaya əsasən, baş nazir istefa verdikdə, yaxud Milli Məclis ardıcıl iki iclasında Ermənistanın yeni baş nazirini seçə bilmədikdə ölkədə növbədənkənar parlament sekçiləri elan olunur. 

Xatırladaq ki, Ermənistanda növbədənkənar parlament seçkiləri iyunun 20-nə təyin edilib.