logo

Co Bayden 1915-ci il hadisələrini “erməni soyqırımı” adlandırdı

20:30 24-04-2021 | icon 3521
Co Bayden 1915-ci il hadisələrini “erməni soyqırımı” adlandırdı

Aprelin 24-də ABŞ prezidenti Co Bayden 1915-ci il hadisələrini “erməni soyqırımı” adlandırıb.

YeniAvropa xəbər verir ki,  Baydenə qədər ABŞ-ın dövlət başçısı postunda olan sələfləri bu termini işlətməkdən çəkinib.

Osmanlı dövründəki “erməni soyqırımı” zamanı ölənlərin hamısının xatirəsini yad etdiyini bildirən Bayden 1915-1921 hadisələri zamanı Anadoluda və Qafqazda qətlə yetirilmiş yüz minlərlə türk və azərbaycanlı haqqında heç bir söz deməyib.

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu buna sərt münasibət bildirib. O deyib ki, Türkiyə ABŞ prezidentinin populizmə söykənən açıqlamasını tamamilə rədd edir.