Aprelin 23-də ABŞ prezidenti Co Bayden Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla telefonla danışıb.
YeniAvropa xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.
Telefon danışığı zamanı prezident Bayden ABŞ tərəfinin iki ölkə arasında əməkdaşlıq əlaqələrinin genişləndirilməsində, anlaşılmazlıqların səmərəli şəkildə aradan qaldırılmasında və konstruktiv ikitərəfli münasibətlərin inkişafında maraqlı olduğunu bildirib.
Görüşdə iyunda keçiriləcək NATO Sammitində ikitərəfli və regional məsələlərin bütün istiqamətlərini müzakirə etmək məqsədilə ikitərəfli görüşlərin keçirilməsi ilə bağlı razılıq əldə edilib.