Ermənistanın baş naziri Nikol Paşinyan yüzlərlə sakinin qatıldığı etiraz aksiyasından sonra ölkənin cənubunda yerləşən Zəngəzur vilayətinin Mehri şəhərini tərk edib.
YeniAvropa "news.am" a istinadla xəbər verir ki, Nikol Paşinyanın regiona səfərinə etiraz edən aksiya iştirakçıları şəhərin mərkəzinə toplaşıb və yolları bağlayıb. Onlar baş naziri satqınlıqda təqsirləndirən şüarlar səsləndirib və Azərbaycan qarşısında kapitulyasiyada ittiham ediblər. Etirazçılarla aksiyanın qarşısını almağa çalışan polis arasında toqquşmalar baş verib.
Bundan sonra etirazçılar Nikol Paşinyanı Mehri şəhərinə girməyə qoymayıb. Baş nazir şəhərin küçələrini gəzməyi planlaşdırsa da, aksiya iştirakçıları onun yolunu kəsərək hökumət əleyhinə şüarlar səsləndirib. Bunda sonra Nikol Paşinyan avtomobilinə əyləşərək şəhəri tərk etməyək məcburiyyətində qalıb.
Qeyd edək ki, Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanan üçtərəfli bəyanatdan sonra Nikol Paşinyana və Ermənistan hökumətinə qarşı etiraz aksiyaları başlayıb. Müxalifət məğlubiyyətin məsuliyyətini Baş nazir Nikol Paşinyanın üzərinə qoymağa çalışır.
Qeyd edək ki, Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanan üçtərəfli bəyanatdan sonra Nikol Paşinyana və Ermənistan hökumətinə qarşı etiraz aksiyaları başlayıb. Müxalifət Qarabağ müharibəsində məğlubiyyətin məsuliyyətini baş nazir Nikol Paşinyanın üzərinə qoymağa çalışır.