Ukrayna prezidenti Vladimir Zelenski səfərbərlik elan edilmədən bir gün ərzində ehtiyatda olanların hərbi xidmətə çağırılması haqqında qanunu imzalayıb.
YeniAvropa yerli mətbuata istinadla xəbər verir ki, bu barədə Ukrayna prezident adminstrasiyasından bildirilib.
Qeyd edək ki, sözügedən qanun Ukrayna Ali Radası 2021-ci il martın 30-da qəbul edib.
Qanun layihəsinin təşəbbüsçüsü prezidentdir. Prezident adminstrasiyasından qanunu belə şərh ediblər: "Bu sənəd Ukrayna Silahlı Qüvvələrinin və digər hərbi birləşmələrin xüsusi dövrlərdə səfərbərlik elan etmədən ehtiyatda olan (döyüş təcrübəsi olan hərbi təlim keçmiş) şəxslərlə komplektləşdirilməsi üzrə tələbləri təkmilləşdirir”.
Qanuna əsasən, xüsusi hallarda çağrışdan yayınanlar cinayət məsuliyyətinə cəlb ediləcək.