Aprelin 24-də Türkiyə, Qətər və Birləşmiş Millətlər Təşkilatının (BMT) İstanbulda keçirilməsi nəzərdə tutulan “Əfqanıstan Sülh Prosesi” konfransı təxirə salınıb.
YeniAvropa xəbər verir ki, bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.
Nazir konfransın Ramazan bayramından sonra keçiriləcəyini söyləyib.