NASA-nın “Ingenuity” helikopter-dronu bu gün Mars planetində ilk sınaq uçuşunu həyata keçirib.
YeniAvropa NASA-nın saytına istinadla xəbər verir ki, 20 saniyəyə yaxın davam edən ilk uçuş helikopter Mars planetinin səthindən üç metr hündürlüyə qalxıb. “Perseverance” adlanan gəzən aparat uçuşun gedişində Yerə helikopterdən alınan fotoşəkilləri və məlumatları ötürüb.
Sonrakı uçuşlarda helikopteri Mars səthindən beş metr hündürlüyə qaldırmaq planlaşdırılır.
Beləliklə, bəşər tarixində Yer kürəsi hüdudlarından kənarda ilk uçuş uğurla reallaşıb.
Qeyd edək ki, fevralın 18-də marsda gəzən aparat (Perseverance) vasitəsilə Ezero kraterinə gətirilən “Ingenuity” helikopterinin fəaliyyəti 31 gün müddətinə nəzərdə tutulur. O, Qırmızı planetdə uçuşlar zamanı Mars aparatının ətrafındakı ərazinin havadan fotoşəkillərini çəkməlidir.