logo

Səudiyyə Ərəbistanında qar yağıb

12:49 19-04-2021 | icon 3577
Səudiyyə Ərəbistanında qar yağıb

Səudiyyə Ərəbistanında anomal iqlim şərtlərinin fəsadları özünü göstərib.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, krallığın bəzi bölgələrində intensiv leysan və dolu yağışlarından sonra ölkənin şimal-qərbində yerləşən Asir bölgəsinin Həil şəhərində qar yağıb.

Səudiyyə Ərəbistanının sosial media səhifələrində Həil şəhərinin ətrafındakı Hərrat Bəni Rəşid səhrasının və təpələrin bəyaz qar örtüyünə bürünməsi görüntüləri yayılıb. Krallığın Əbha, Xəmis Müşayit, Tanuma və əl-Namas bölgələrində də qar yağıb.

Dolu və qar yağışından sonra havanın temperaturunun kəskin artması da müşahidə edilib.