Ermənistanın keçmiş prezidenti Robert Köçəryan koronavirusa yoluxub.
YeniAvropa "Novosti Armeniya”ya istinadla xəbər verir ki, bu səbəbdən onun cinayət işi üzrə aprelin 13-də Yerevanda keçirilməli olan məhkəmə prosesi təxirə salınıb.
R.Köçəryan və vəkili Aram Vardevanyan məhkəmə zalına gəlməyiblər.
Keçmiş prezidentin digər vəkili Hayk Alumyan məhkəmədə bildirib ki, koronavirusun simptomları olduğundan həkimlər müvəkkilinə COVID-19 testi verməyi tapşırıblar. Onun sözlərinə görə, R.Köçəryanın əhatəsində koronavirusa yoluxma halı qeydə alınıb.