NATO-nun baş katibi Yens Stoltenberq Ukraynanın xarici işlər naziri Dimitri Kuleba ilə görüşəcək.
YeniAvropa xarici KİV-lərə istinadla xəbər verir ki, NATO-nun mətbuat xidməti görüşün aprelin 13-də alyansın Brüssel şəhərində yerləşən mənzil-qərargahında baş tutacağı barədə məlumat yayıb.
Yens Stoltenberqin Dimitri Kuleba ilə görüşü Pentaqon rəhbəri Lloyd Ostinin Brüsselə səfəri ərəfəsində keçiriləcək. ABŞ-ın müdafiə nazirinin NATO-nun Baş katibi ilə Ukrayna ətrafında cərəyan edən vəziyyəti müzakirə edəcəyi bildirilir.