Türkiyədə yeni növ koronavirus infeksiyasının yayılması riskinin qarşısını almaq üçün Ramazan ayı boyunca bir sıra məhdudiyyətlər tətbiq olunacaq.
YeniAvropa "Anadolu" agentliyinə istinadla xəbər verir ki, Türkiyə Daxili İşlər Nazirliyi tərəfindən bununla bağlı bütün vilayətlərə təlimat göndərilib.
Təlimatda bildirilir ki, virusun yayılma riski ilə əlaqədar Ramazan bayramında kütləvi tədbirlər, o cümlədən iftar mərasimlərinin keçirilməsi məqsədilə çadırların qurulması qadağandır. Bundan başqa, çörək sexlərinin və digər qida məhsulları istehsalı müəssisələrinin fəaliyyəti iftardan bir saat əvvəl dayandırılacaq. İctimai nəqliyyatda sıxlığı aradan qaldırmaq məqsədilə iftara yaxın saatlarda sərnişinlərin daşınması üçün nəqliyyat vasitələrinin sayı artırılacaq.