Aprelin 10-da Ukrayna prezidenti Vladimir Zelenskinin Türkiyəyə rəsmi səfəri başlayıb.
YeniAvropa xəbər verir ki, bu barədə Ukraynanın Prezident Ofisi məlumat yayıb. Bildirilib ki, səfər çərçivəsində Vladimir Zelenski Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşərək, regiondakı vəziyyət, ikitərəfli münasibətlərin inkişafı barədə müzakirələr aparacaq.
Sonra hər iki ölkənin prezidentlərinin iştirakı ilə Türkiyə-Ukrayna Yüksəksəviyyəli Strateji Əməkdaşlıq Şurasının 9-cu iclası keçiriləcək.
Səfər çərçivəsində ikitərəfli əməkdaşlığa dair bir sıra sənədlərin imzalanması nəzərdə tutulur.