Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putin arasında telefon danışığı olub.
YeniAvropa xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə əlaqələr idarəsindən bildirilib.
Telefon danışığı zamanı Türkiyə ilə Rusiya arasında əlaqələrin inkişafı və regional məsələlərlə yanaşı, “Montrö” anlaşması, Ukrayna böhranı, eləcə də peyvəndlə bağlı mövzular müzakirə edilib.