Britaniya kraliçası II Elizabetin həyat yoldaşı, Edinburq hersoqu şahzadə Filip ömrünün 100-cü ilində vəfat edib.
YeniAvropa xəbər verir ki, bu barədə Bukingem sarayı “Twitter” səhifəsində məlumat yayıb. “Əlahəzrət kralıça sevimli əri, Edinburq hersoqu şahzadə Filipin vəfat etdiyini dərin hüznlə elan etdi”, - deyə məlumatda bildirilir.
Şahzadə bu gün səhər saatlarında Britaniya monarxlarının iqamətgahı olan Vindzor qəsrində dünyasını dəyişib.
Kraliçanın həyat yoldaşı 2017-ci ildən kütləvi tədbirlərdə iştirakdan imtina etmişdi. KİV-lərin məlumatına görə, fevralın ortalarında xəstəxanaya yerləşdirilən şahzadənin ürəyində uğurlu əməliyyat aparılmışdı.