logo

Sabah Gürcüstanda bayraqlar endiriləcək-matəm elan olunub

10:56 09-04-2021 | icon 2184
Sabah Gürcüstanda bayraqlar endiriləcək-matəm elan olunub

Aprelin 10-u Gürcüstanda matəm günü elan olunub.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, ölkənin baş naziri İrakli Qaribaşvili bu barədə müvafiq qərar imzalayıb.

Qərara əsasən, həmin gün Abxaziya bölgəsində yaşayan və Gürcüstana keçərkən həlak olan 4 Gürcüstan vətəndaşının xatirəsi anılacaq.

Aprelin 10-da Gürcüstanda dövlət bayraqları endiriləcək.

Xatırladaq ki, aprelin 7-də Gürcüstanın 4 vətəndaşı İnquri çayını keçərək Abxaziyadan Gürcüstanın nəzarətindəki əraziyə daxil olmağa cəhd edərkən boğulub.