logo

Zelenski Donbasda ölən hərbçilərin sayını açıqladı

22:52 06-04-2021 | icon 2422
Zelenski Donbasda ölən hərbçilərin sayını açıqladı

Ukrayna prezidenti Vladimir Zelenski 2020-ci ilin iyulunda Donbasda atəşkəs elan ediləndən bəri 28 Ukrayna hərbçisinin öldüyünü bildirib.

YeniAvropa xəbər verir ki, bu barədə Vladimir Zelenski özünün "Twitter" səhifəsində yazıb. Dövlət başçısı bildirib ki, ölən hərbçilərdən 24-ü 2021-ci ildə  həlak olub.

“Atəşkəs rejimi dövründə atışmalar səbəbindən Donbasda 28 hərbçi ölüb. Onlardan 24-ü bu il həlak olub. Təkcə martın 26-dan indiyədək 8 hərbçimizi itirmişik. Müharibənin hər günü bizə Ukraynanın gələcəyini qurmalı olan cəsur, vətənpərvər insanların həyatına başa gəlir”.