logo

Türkiyədə bu gün 211 nəfər pandemiyanın qurbanı olub

22:13 06-04-2021 | icon 2352
Türkiyədə bu gün 211 nəfər pandemiyanın qurbanı olub

Türkiyədə koronavirusla bağlı bu günə olan  son məlumatlar açıqlanıb.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, bu gün 211 nəfər pandemiyanın qurbanı olub.

271 min 547 nəfər üzərində koronavirus testi aparılıb, onlardan 49 min 584-ü pozitiv  çıxıb. Ağır xəstə sayı 2 min 477-yə yüksəlib.

28 min 498 nəfər müalicə olunaraq, koronavirusdan sağalıb. Bununla sağalanların ümumi sayı 3 milyon 159 min 475-ə çatıb.