Nigeriyada silahlı şəxslərin həbsxanaya hücumu nəticəsində 1800-dən çox dustaq qaçıb.
YeniAvropa "BBC" teleradio kompaniyasına istinadla xəbər verir ki, avtomat, pulemyot, reaktiv qumbaraatan və tüfənglərlə silahlanmış şəxslər ölkənin cənub-şərqində yerləşən İmo ştatının Overri şəhərindəki həbsxanaya hücum edib, inzibati bloku partladıblar.
Nigeriya hakimiyyət orqanlarının məlumatına əsasən, insident nəticəsində həbsxanadan 1844 məhbus qaçıb, altı nəfər geri qayıdıb, 35 dustaq isə qaçmaqdan imtina edib.
Polis hücumda “Biafranın etnik xalqları” təşkilatını günahlandırsa da, onlar hadisə ilə əlaqəli olduqlarını inkar edirlər.