Gürcüstanın baş naziri İrakli Qaribaşvilinin koronavirusa yoluxduğu təsdiqlənib.
YeniAvropa yerli mətbuata istinadla xəbər verir ki, bu barədə Gürcüstan hökumət administrasiyası məlumat yayıb.
Bildirilir ki, baş nazir hazırda özünütəcrid rejimindədir:"O, özünü yaxşı hiss edir və hazırda fəaliyyətini məsafədən davam etdirir".