logo

İordaniyada dövlət çevrilişinə cəhd edən şahzadə ev dustaqlığındadır

20:49 04-04-2021 | icon 2100
İordaniyada dövlət çevrilişinə cəhd edən şahzadə ev dustaqlığındadır

İordaniyanın sabiq vəliəhd şahzadəsi Həmzə bin Hüseynin ev həbsinə məhkum edilib. 

 YeniAvropa xəbər verir ki, bu barədə "Petra" dövlət agentliyi ölkənin xarici işlər naziri Ayman Səfədiyə istinadla məlumat yayıb.

Nazir krallıqda dövlət çevrilişinə cəhd olduğunu və hazırda istintaqın davam etdiyini bildirib. Onun sözlərinə görə, kəşfiyyat orqanlarının səyləri nəticəsində çevrilişin qarşısı alınıb və məhkəmənin qərarı ilə 16 nəfər barəsində həbs qəti imkan tədbiri seçilib.

Səfədi əlavə edib ki, şahzadə Həmzə ölkədə sabitliyi pozmaq istəyən xarici güclərlə əlaqəyə girib.

Həbs edilən şəxslərin arasında hərbçi yoxdur.

Şahzadə özünün videomüraciətində ev həbsində olduğunu söyləsə də, müdafiə naziri, general Yusif Hüneyti bunu təkzib edib və qeyd edib ki, Həmzə ilə sadəcə söhbət aparılıb, ondan ölkənin təhlükəsizliyinə və ictimai-siyasi sabitliyinə zərər verəcək addımlardan çəkinmək tələb olunub.

Qeyd edək ki, Həmzə bin Hüseyn Kral Abdullanın atabir qardaşıdır və o, 2004-cü ildə vəliəhd şahzadə titulundan məhrum edilib.