ABŞ prezidenti Co Baydenin Ukrayna prezidenti Vladimir Zelenski ilə ilk telefon danışığı olub.
YeniAvropa xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə Ağ Ev tərəfindən məlumat yayılıb.
Bildirilir ki, Bayden ABŞ-ın Ukraynanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini qeyd edib.
Bundan başqa, Ağ Ev rəhbəri Zelenskinin korrupsiyaya qarşı mübarizə planını və demokratik dəyərlərə əsaslanan islahatların həyata keçirilməsini də dəstəkləyib.
Məlumata görə, telefon danışığı 30-40 dəqiqə davam edib.