Avropanın Aralıq dənizi və Şimali Afrikaya açılan qapısı hesab edilən Cəbəllütariqdə həyat koronavirusdan əvvəlki vəziyyətə dönür.
YeniAvropa xarici KİV-ə istinadla xəbər verir ki, 90 faiz əhalinin peyvənd olunduğu ölkədə maska taxmaq öhdəliyi götürülüb.
Bütün restoran və kafelər gecə saatlarına qədər iş fəaliyyətin bərpa edib.
Bununla yanaşı, ölkə prezidenti mətbuata açıqlamasında bunun dünyada bir ilk olduğunu qeyd edib: "Dünyanın əksər ölkələri mübarizə apararkən artıq Cəbəllütariqdə məhdudiyyətlər qalxır. Əhalinin və güc strukturunun nizamlı qaydalara riayət etməsi, bizi bu ölümcül virusdan tez yaxa qurtamağ yardım etdi".
Qeyd edək ki, Cəbəllütariqlilər "Pfizer / BioNtech" vaksinindən istifadə edib.