ABŞ-ın sabiq prezidenti Barak Obamanın nənəsi Sara Obama 99 yaşında vəfat edib.
YeniAvropa "RİA Novosti"yə istinadla xəbər verir ki,Sara Obama diabet xəstəliyindən əziyyət çəkirmiş.
Müsəlman olduğu bildirilən S.Obama Keniyada yaşayıb. Sara Obama Barakın ata tərəfdən babasının üçüncü arvadı olub. Onlar arasında birbaşa qan bağı olmasa da, Barak Obama nənəsinə mehriban münasibət bəsləyib.
Sonuncu dəfə Barak Obama 2018-ci ilin iyulunda Kisumu bölgəsinin Koqela kəndinə gedərək nənəsini ziyarət edib.
Sara Obama bu gün Kenyanın Kisumu şəhər xəstəxanasında dünyasını dəyişib.
Xatırladaq ki, Barak Obama 2009-2017-ci ilədə ABŞ-ın prezidenti olub.