Ermənistanın baş naziri Nikol Paşinyan apreldə istefaya gedəcək.
YeniAvropa ."yerevan.today" saytına istinadla xəbər verir ki, bu barədə N.Paşinyan bu gün Armavir sakinləri ilə görüşündə bildirib.
"Aprel ayında istefa verəcəm. Bunu hakimiyyəti tərk etmək üçün yox, növbədənkənar parlament seçkiləri keçirmək üçün edəcəyəm. Seçkilərədək isə baş nazirin səlahiyyətlərini icra etməyə davam edəcəm", - deyə Nikol Paşinyan vurğulayıb.
Qeyd edək ki, Ermənistanda növbədənkənar parlament seçkiləri iyunun 20-nə təyin edilib.