Tbilisi şəhərinin meri Kaxa Kaladze paytaxtdakı xəstəxanalardan birinə yerləşdirilib. Ona vertebro-bazilyar sindrom və vestibulopatiya diaqnozu qoyulub.
YeniAvropa yerli mətbuata istinadla xəbər verir ki, bu barədə Kaxa Kaladze özünün “Facebook” səhifəsində yazıb.
Mer bildirib ki, son günlər səhhətində yaranan problemlərlə bağlı klinikalardan birində müayinə olunub.
Hazırda vəziyyətinin normal olduğunu vurğulayan mer, fəaliyyətini distant rejimdə davam etdirdiyini bildirib.