logo

Prezident döş qəfəsində ağrı hiss etdi-hərbi hospitala yerləşdirildi

18:56 26-03-2021 | icon 4151
Prezident döş qəfəsində ağrı hiss etdi-hərbi hospitala yerləşdirildi

Hindistanın prezidenti Ram Nath Kovind martın 26-da döş qəfəsində hiss etdiyi narahatlığa görə Nyu-Dehlidəki  hərbi hospitala yerləşdirilib.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki,  məlumatı Hindistanın "PTİ" dövlət informasiya agentliyi yayıb.

"Hindistan prezidenti döş qəfəsində narahatlıq hiss etdikdən sonra bu gün səhər  "Research and Referral” hərbi hospitalına yerləşdirilib. O, adi yoxlamadan keçib, nəzarət altındadır. Prezidentin səhhəti sabitdir”, -deyə məlumatda bildirilib.

Hindistan prezidentinin hansı xəstəlik səbəbindən hospitala yerləşdirilməsi barədə əlavə məlumat verilməyib.

Xatırladaq ki, martın əvvəlində Hindistanın prezidenti Ram Nath Kovində  COVİD-19-a qarşı peyvəndin birinci dozası vurulub.