44 gün davam edən II Qarabağ müharibəsində Ermənistanın min hərbi qulluqçusu müxtəlif əlillik dərəcəsi alıb.
YeniAvropa Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin əmək və sosial müdafiə naziri Mesrop Arakelyan parlamentdə çıxışı zamanı məlumat verib.
O, bildirib ki, müharibənin gedişatında yaralanan hərbi qulluqçular hazırda tibbi-sosial ekspertizanın sonuncu mərhələsini keçirlər. Nazir qeyd edib ki, ağır yaralanan təxminən 500 hərbçiyə 1 və 2-ci əlillik dərəcəsi verilib. Onlardan təxminən 150-si 1-ci dərəcəli əlildir.
Müharibə zamanı daha 500 nəfər yüngül xəsarətlər alıb və onlar 3-cü dərəcəli əlil sayılırlar.
"Ümumilikdə min vətəndaşa müxtəlif əlillik dərəcəsi verilib", - deyə Mesrop Arakelyan vurğulayıb.