logo

Ermənistanda hərbi vəziyyət ləğv edildi

10:55 24-03-2021 | icon 2058
Ermənistanda hərbi vəziyyət ləğv edildi

Ermənistan Milli Məclisinin deputatları növbədənkənar parlament seçkiləri ərəfəsində ölkədəki hərbi vəziyyəti ləğv ediblər.

YeniAvropa "Sputnik Armeniya"ya istinadən xəbər verir ki, məsələ qanunverici orqanın martın 24-də keçirilən iclasında müzakirəyə çıxarılıb.

Hərbi vəziyyət rejiminin aradan qaldırılması ilə bağlı layihəni 118 deputat dəstəkləyib.

Ermənistan qanunvericiliyinə əsasən, parlament seçkiləri hərbi vəziyyət şəraitində təşkil edilə bilməz, həmçinin onun keçirilməsi üçün səsvermə başlanmazdan 30-45 gün əvvəl mövcud  parlament buraxılmalıdır.

Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan ölkədə iyunun 20-də növbədənkənar parlament seçkilərinin keçiriləcəyini bildirib. Öz növbəsində müxalifət onu səsvermənin təşkilini uzatmaqda suçlayıb. Müxalifət, həmçinin hakimiyyətin seçkini proporsional sistem üzrə keçirmək niyyətinə qarşı çıxıb və onun reytinq sistemi ilə əvəz olunmasını tələb edib.

Xatırladaq ki, Ermənistanda hərbi vəziyyət rejimi 2020-ci il sentyabrın 27-də - İkinci Qarabağ müharibəsi başlayan gündən tətbiq olunmuşdu.