Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan ilə Almaniya kansleri Angela Merkel arasında videoformatda görüş keçirilib.
YeniAvropa xəbər verir ki, bu barədə məlumatı Türkiyə prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsi yayıb.
Bildirilib ki, tərəflər görüşdə iki ölkə arasındakı əlaqələrin inkişafı ilə bağlı məsələlərə toxunublar. Həmçinin, Türkiyənin Avropa İttifaqı ölkələri ilə münasibətləri və regional məsələlər müzakirə edilib.