Rusiya Federasiyasının prezidenti Vladimir Putin koronavirus əleyhinə peyvənd edilib.
YeniAvropa yerli mətbuata istinadla xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.
O, qeyd edib ki, dövlət başçısı özünü yaxşı hiss edir.
"Putin koronavirus əleyhinə peyvənd edildi. Özünü yaxşı hiss edir. Sabah onun gərgin iş günü gözləyir", - deyə D.Peskov vurğulayıb.