logo

"BP" Qazaxıstandakı neft layihələrindən çəkilir

17:11 10-03-2021 | icon 2170
"BP" Qazaxıstandakı neft layihələrindən çəkilir

Enerji nəhəngi "BP" şirkəti bərpaolunan enerji strategiyalarına diqqəti yönəltmək üçün Qazaxıstandakı 3 neft layihəsindən çıxdığını açıqlayıb.

 YeniAvropa xəbər verir ki, Qazaxıstan milli neft şirkəti “KazMunayGaz”ın saytında dərc olunan elanda "BP"nin oktyabr ayında məktub yazdığı və Xəzər bölgəsindəki “Kalamkas” neft quyusu da daxil olmaqla 3 bölgədə 18 aylıq işlərini davam etdirdikdən sonra investisiyalarını dayandırmağa qərar verdiyi bildirilib.

Qeyd edək ki, "BP" 2019-cu ilin mayında bölgədəki neft layihələrini araşdırmağı qərara alıb. Neft layihələrinin dayandırılması qərarında artan investisiya xərclərinin təsirli olduğu qeyd edilir.

COVID-19 neft tələbatına mənfi təsir etdiyindən keçən il neft qiymətləri kəskin ucuzlaşıb.

Xatırladaq ki, "BP" ötən il bərpaolunan enerjiyə yönələn siyasət həyata keçirəcəyini açıqlayıb və oktyabrın 27-də yayımlanan açıqlamada şirkətin strategiyasını dəyişərək bərpaolunan enerjiyə diqqət ayıracağı bildirilmişdi.