Avropa İttifaqı Gürcüstanda iqtidar-müxalifət dialoqunun davam etdirilməsi üçün bu ölkəyə xüsusi nümayəndə təyin edib.
YeniAvropa yerli mətbuata istinadla xəbər verir ki,Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel bu missiyanı İsveçdən olan diplomat Kristian Danielsona həvalə edib. O, Aİ-nin vasitəçiliyi ilə Gürcüstanda aparılan siyasi dialoqun dəstəklənməsində iştirak edəcək.
Eyni zamanda, bu gün Brüsseldə Gürcüstan üzrə dinləmələr keçiriləcək. Dinləmələr zamanı Şarl Mişelin Gürcüstana səfəri ilə əlaqədar hesabatı təqdim olunacaq, xüsusi nümayəndənin vəzifələri müəyyənləşdiriləcək. K.Danielson isə yaxın günlərdə Gürcüstana səfər edəcək.