Martın 4-də Türkiyədə hərbi helikopterin qəzaya uğraması nəticəsində həlak olan hərbçilərin sayı 10-a çatıb. Qəzasında şəhid olanlardan biri general-leytenant Osman Erbaşdır.
YeniAvropa yerli mətbuata istinadla xəbər verir ki,general-leytenant Osman Erbaş Elazığ 8-ci Korpus Komandiri olub.
O, ictimaiyyətə 2016-cı ildə Türkiyədə baş verən dövlət çevrilişə cəhd zamanı FETO-çulara müqavimət göstərməsi ilə tanışdır.
Generalın ölümü ilə bağlı Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan generalın oğlu İgidalp Erbaşa zəng edərək, başsağlığı verib.