Ermənistan Fövqəladə Hallar Nazirliyinin Xilasetmə Xidmətinin rəisi, general-mayor Vrej Gabrielyan vəzifəsindən azad edilib.
YeniAvropa xəbər verir ki, bu barədə “Sputnik Armenia” məlumat yayıb. Bildirilib ki, bu barədə Ermənistan prezidenti müvafiq fərman imzalayıb.
Ermənistan prezidenti Armen Sarkisyanın imzaladığı digər bir fərmanla Armen Gasparyanın onun yerinə təyinat alıb.
Xatırladaq ki, Vrej Gabrielyan 2019-cu il noyabrın 5-dən Xilasetmə Xidmətinin rəhbəri vəzifəsini icra etməyə başlayıb.