Belarus prezidenti Aleksandr Lukaşenko böyük oğlu Viktor Lukaşenkonu dövlət başçısının milli təhlükəsizlik üzrə köməkçisi vəzifəsindən azad edib.
YeniAvropa xəbər verir ki, bu barədə Belarus prezidentinin mətbuat xidməti məlumat yayıb.
"Viktor Lukaşenko seçkili vəzifəyə keçidlə əlaqədar Belarus prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi vəzifəsindən azad olunub", -deyə xəbərdə bildirilib.
Mətbuat xidmətində əlavə ediblər ki, Viktor Lukaşenkoya növbəti ehtiyatda olan general mayor hərbi rütbəsi verilib.
Xatırladaq ki, fevralın 26-da Viktor Lukaşenko belarus Milli Olimpiya Komitəsinin prezidenti seçilib.