logo

Birləşmiş Ərəb Əmirlikləri İsrailə ilk səfirini göndərib

15:16 01-03-2021 | icon 2394
Birləşmiş Ərəb Əmirlikləri İsrailə ilk səfirini göndərib

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) tarixində İsrailə təyin edilmiş ilk səfir Təl-Əvivə yollanıb.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, Əbu-Dabidə diplomatik missiyanın rəhbəri Məhəmməd Mahmud Əl-Xajanın andiçmə mərasimi keçirilib.

BƏƏ-nin vitse-prezidenti, Baş nazir və Dubay Əmiri Şeyx Məhəmməd bin Rəşid ölkənin İsraildəki ilk səfirinə uğurlar arzulayıb.

Qeyd edək ki, yanvarın 24-də  İsrailin Əbu-Dabidə səfirliyinin açılış mərasimi olub.

Xatırladaq ki, İsraillə BƏƏ arasında sülh sazişi ötən il sentyabrın 15-də imzalanıb. Daha sonra iki ölkə arasında birbaşa aviareyslərin həyata keçirilməsi, iqtisadi və ticari əməkdaşlığa dair sənədlər imzalanıb.