Paşinyan Putinə “İsgəndər”lərlə bağlı "məni çaşdırıblar” deyib
Rusiya prezidenti Vladimir Putin ötən həftə Ermənistan baş naziri Nikol Paşinyanla telefon danışığı zamanı onun “İsgəndər” operativ-taktiki raket komplekslərinin Qarabağ müharibəsindəki uğursuz tətbiqi barədə izahat istəyib. Paşinyan isə bildirib ki, bu məsələ ilə bağlı onu çaşdırıblar.
YeniAvropa xəbər verir ki, bu barədə Nikol Paşinyanın mətbuat katibi Mane Gevorkyan KİV-ə açıqlama verib. Bildirib ki, Paşinyanın “İsgəndər” raketlərinin yararsız olduğu, yaxud “10 faiz partladığı” haqda "1in.am" saytına müsahibəsində dedikləri “onun yanlış məlumatlandırılmasından” irəli gəlib. Və bu məsələ Rusiya prezidenti Vladimir Putinlə baş tutmuş son telefon danışığında qaldırılıb.
“Bu günlərdə baş tutmuş telefon söhbəti zamanı digər məsələlərlə yanaşı baş nazirin Ermənistan tərəfdən “İsgəndər” raketlərinin tətbiqi barədə bəyanatı da müzakirə olunub. Ermənistan baş naziri faktları və məlumatları bir araya cəmləyərək belə nəticəyə gəlib ki, ona bu situasiya ilə bağlı düzgün məruzə etməyiblər”,-deyə Mane Gevorkyan bildirib.
Ermənistan baş nazirinin “İsgəndər”lər haqda dediklərini geri götürməsinə Rusiyadan prezident Putinin mətbuat katibi Dmitri Peskov münasibət bildirib. O deyib ki, Kreml baş nazir Paşinyanın Rusiya prezidenti Vladimir Putinlə telefon söhbətindən sonra “İsgəndər”lər haqda yanlış məlumatlandırıldığ qənaətinə gəlməsi barədə Yerevandan verilən bəyanata qane olur. “Çox mühümdür ki, bu məsələdə həqiqət bərpa olundu”,-Peskov deyib.
Xatırladaq ki, Paşinyanın həmin bəyanatı Rusiyada bərk qəzəb doğurub. Eləcə də Ermənistanın üzləşdiyi siyasi böhranı dərinləşdirib, Paşinyanı çıxılmaz duruma salıb. Ordu ona qarşı faktiki bunt qaldırıb və Baş qərargah baş nazirin istefasını tələb edir. Çünki Paşinyan onun “İsgəndər”lər haqda dediklərinə gülən Baş qərargah rəisinin müavini Tirqan Xaçatryanı vəzifəsindən uzaqlaşdırıb.
Rusiya Müdafiə Nazirliyi ötən həftə bəyan edib ki, “İsgəndər” raketləri Qarabağ müharibəsində tətbiq edilməyib və Paşinyanın dedikləri “təəcüb və anlaşılmazlıq” yaradır.
"COP29" zamanı yeni marşrut və xüsusi avtobus xətləri təşkil ediləcək
Azərbaycan-Ermənistan dövlət sərhədinin delimitasiyası üzrə komissiyasının X görüşü keçirilib
Milli Məclisin növbəti iclasında 16 məsələ müzakirə ediləcək
"COP29" zamanı bəzi yollarda məhdudiyyətlər tətbiq ediləcək
"COP29"a gələn əcnəbilərin sərhəddə yoxlanışı cəmi 45 saniyə sürəcək
Bişkekdə Türk Dövlətləri Təşkilatının XI Zirvə Toplantısı keçiriləcək
Ərdoğan Qırğızıstana rəsmi səfərə gedir
Bakı-Şamaxı yolunun bir hissəsi təmirə başlanılıb
Tezliklə Bakıda "Sevinc Mall" ticarət mərkəzi fəaliyyətə başlayacaq
Sabah Bakıda 23° isti olacaq
İndiyədək 2 mindən çox “arzuolunmaz şəxs” Azərbaycana buraxılmayıb
Gələn il Azərbaycanda iqtisadi artım azalacaq-Taleh Kazımov
Bakı bulvarında gəmi gəzintisi bərpa edilib
140 milyon manatı ölkəyə qaytarmayan vəzifəli şəxslər məsuliyyətə cəlb edilib
Polşa Rusiya ilə sərhəddə istehkamlar tikməyə başlayıb
Azərbaycanın strateji valyuta ehtiyatları 73 milyard dollara çatır
İlham Əliyev Əlcəzairin prezidentini təbrik edib
Milli Məclisin bugünkü iclasında 9 məsələ müzakirə olunur
İlham Əliyev 2 ölkənin yeni səfirinin etimadnaməsini qəbul edib
Bakıda II “Sənaye Təhlükəsizliyi Zirvəsi” keçiriləcək
Milli Məclisdə Azərbaycan-Qırğızıstan əlaqələri müzakirə edilib
Azərbaycan nefti 73,85 dollara satılır
İlham Əliyev “28 May”da aparılan abadlıq işləri ilə tanış olub
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 36 nəfər saxlanılıb
Dünya çempionatı: Daha bir boksçumuz qızıl medal üçün rinqə çıxacaq