logo

Paşinyana istefası tələb edən dəstə hökumət binasına soxuldu

13:47 01-03-2021 | icon 2338
Paşinyana istefası tələb edən dəstə hökumət binasına soxuldu

Ermənistanın baş naziri Nikol Paşinyanın rəqiblərindən bir dəstəsi Yerevanın mərkəzində yerləşən hökumət binasına soxulub.

YeniAvropa Ermənistan KİV-lərinə istinadla xəbər verir ki, binada bir neçə nazirliyin ofisi yerləşir. Birinci mərtəbədəki foyedə aksiya keçirən müxalifətçilər nazirlik əməkdaşlarını Paşinyan tərəfdarlarının mitinqində iştirak etməkdən çəkinməyə çağırıblar. Onlar baş nazirin istefası tələbi ilə şüarlar səsləndirərək binanı tərk ediblər. Aksiya iştirakçıları bildiriblər ki, onların məqsədi istənilən nazirliyə girə biləcəklərini göstərməkdir.

Xatırladaq ki, Ermənistanda fevralın 25-də başlayan siyasi böhran davam edir. Böhrana baş nazirin təklifi ilə baş qərargah rəisinin birinci müavini Tiran Xaçatryanın vəzifədən kənarlaşdırılması səbəb olub.