logo

Gürcüstan hökuməti tam tərkibdə istefa verib

11:55 18-02-2021 | icon 2205
Gürcüstan hökuməti tam tərkibdə istefa verib

Gürcüstan hökuməti fevralın 18-də tam tərkibdə istefa verib.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, buna səbəb baş nazir Giorgi Qaxariyanın istefası ilə onun səlahiyyətlərinin dayandırılmasıdır.

Hökumət üzvləri yeni baş nazirin təyinatına qədər vəzifələrini icra edəcəklər.

Ölkə parlamenti iki həftə ərzində yeni hökumət və onun təqdim etdiyi Nazirlər Kabinetinə etimad göstərməlidir.