Türkiyənin Tunceli vilayətinin Pülümür rayonunda 4,1 bal gücündə zəlzələ olub.
YeniAvropa xəbər verir ki, bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Yeraltı təkanlar Türkiyə vaxtı ilə 13:02-də qeydə alınıb. Zəlzələ ətraf bölgələrdə də hiss olunub.
Dağıntı və xəsarət alanlarla bağlı hələ ki, məlumat yoxdur.
Yeraltı təkanlar əhali arasında təşvişə səbəb olub.