logo

7,7 ballıq zəlzələ Fici adalarında sunami təhlükəsi yaradıb

14:28 11-02-2021 | icon 2226
7,7 ballıq zəlzələ Fici adalarında sunami təhlükəsi yaradıb

Fevralın 11-də Sakit okeanın cənubunda yerləşən Loyalti adaları yaxınlığında 7,7 bal gücündə zəlzələ baş verib.

YeniAvropa xarici KİV-ə istinadla xəbər verir  ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

Bildirilir ki, yeraltı təkanların episentri adaların cənub-şərqində, ocağı 10 kilometr dərinlikdə yerləşib.

ABŞ-ın Okean və Atmosfer Tədqiqatları Milli İdarəsi Vanuatu və Fici adalarında sunami təhlükəsi barədə xəbərdarlıq edib.